Bakıda narkotacirdən silah-sursat götürülüb - FOTO

Bakıda narkotacirdən silah-sursat götürülüb - FOTO
  • Clock-gray 10:18
  • calendar-gray 13 Fevral 2021

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Yaşar Quliyev rayon ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3,778 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 Polis Bölməsində Yaşar Quliyevin ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun Sabunçu qəsəbəsi ərazisində yaşadığı mənzildə əlavə olaraq narkotik vasitə və odlu silah-sursat gizlətdiyi məlum olub. Qeyd edilən ünvana baxış zamanı saxlanılan şəxsə məxsus 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, içərisində  30 ədəd patron olan daraq, həmçinin 460 qram  marixuana aşkar edilib.  Y.Quliyev ifadəsində narkotik vasitələrlə silah-sursatın ona məxsus olduğunu etdiyini etiraf edib. 

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Y.Quliyev tutularaq istintaqa cəlb olunur, araşdırmalar  davam etdirilir.

Səlcuq Elçin

Digər xəbərlər