Bakıda nənə və nəvəni avtomobil vurub, ölən var

Bakıda nənə və nəvəni avtomobil vurub, ölən var
  • Clock-gray 12:48
  • calendar-gray 11 Noyabr 2020

Bakıda yolu keçən nənə və nəvəni avtomobil vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini A.Alıyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Məsmə Alıyevanı və nəvəsi Turanı vurub. Qəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən qadın ölüb, nəvəsinin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Sail Ağasəlim

Digər xəbərlər