Bakıda oğurlanan avtomobil İmişlidə tapılıb

Bakıda oğurlanan avtomobil İmişlidə tapılıb
# 23 yanvar 2020 12:18 (UTC +04:00)

Bakıda avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Sabunçu qəsəbə sakini S.Quliyev yanvarın 13-də qəsəbə ərazisindən “Zil” markalı avtomobilinin qaçırıldığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin yanvarın 22-də Hacıqabul-Horadiz yolunun 92-ci kilometrliyində hərəkətdə olması müəyyən edilib. Görülmüş tədbirlərlə BDYPİ-nin əməkdaşları tərəfindən nəqliyyat vasitəsi saxlanılıb, onu idarə edən S.Quliyevlə birgə İmişli Rayon Polis Şöbəsinəğə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR