Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
  • Clock-gray 17:20
  • calendar-gray 07 Dekabr 2020

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Bakının Binəqədi rayonu S.S.Axundov küçəsində naməlum şəxs paytaxt sakini olan bir qadının içərisində pul və mobil telefon olan çantasını soyğunçuıuq yolu ilə talayaraq hadisə yerindən qaçıb. Zərərçəkən xanımın müraciəti əsasında ərazinin yaxınlığında olan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs  təqib edilərək “isti” izlərlə yaxalanıb. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə təhvil verilən şübhəli şəxsin paytaxt sakini əvvəllər məhkum olunmuş Niyazi Fərəməzov olduğu məlum olub. Bölmədə onun üzərində axtarış aparılarkən zərərçəkənin çantası, eləcə də pul və mobil telefon aşkar edilərək götürülüb.

Niyazi Fərəməzovun 5-ci Polis Bölməsində ətrafında əlavə əməliyyat tədbirləri keçirilən zaman onun Binəqədi rayonunda hündürmərtəbəli binaların girişlərindən velosipedlər oğurladığı da məlum olub. 

Niyazi Fərəməzov barəsində 5-ci Polis Bölməsində toplanan materialları Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

apa-logo-mini

Digər xəbərlər