Bakıda qazanxanadan 135 min manatlıq oğurluq edənlərin istintaqı başa çatıb

Bakıda qazanxanadan 135 min manatlıq oğurluq edənlərin istintaqı başa çatıb
# 27 fevral 2020 10:09 (UTC +04:00)

Bakıda qazanxanadan 135 min manat dəyərində istilik sistemləri və avadanlıqları oğurlamaqda təqsirləndirilən Eldəniz Abbasov və Vüsal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

İş üzrə zərərçəkən şəxs qismində “İlin dörd fəsili” MMC və “Azərsu” tanınıb.

Qeyd edək ki, ötən il paytaxtın Nəsimi rayonunda yerləşən şirkətlərdən birindən 135 000 manat dəyərində istilik sistemləri və avadanlıqlar oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Eldəniz Abbasov və Bərdə rayon sakini Vüsal Məmmədov saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR