Bakıda qonaq getdiyi evdən oğurluq edən şəxs saxlanılıb

Bakıda qonaq getdiyi evdən oğurluq edən şəxs saxlanılıb
# 29 iyul 2020 09:37 (UTC +04:00)

Bakıda evdən oğurluq olub.

APA-nın məlumatına görə, Binəqədi rayonu, Xocasən qəsəbəsi sakini X. Əzimov polisə müraciət edərək, həmin gün evindən 699 manat pulun oğurlandığını bildirib.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün zərərçəkmişin evində qonaq olan İmişli rayon sakini, 1982-ci il təvəllüdlü Səbuhi İsayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR