Bakıda restorandan çıxan şəxsi avtomobil vurub

Bakıda restorandan çıxan şəxsi avtomobil vurub
# 03 aprel 2021 01:20 (UTC +04:00)

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “Duz Çörək” restoranından çıxaraq yolun əks istiqamətinə keçmək istəyən 1999-cu il təvəllüdlü Nəzərov Rəsul Həsənağa oğlunu avtomobil vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlər ona baş-beyin silkələnməsi və qapalı kəllə-beyin travması diaqnozu qoyub.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR