Bakıda şadlıq evində yanğın olub

Bakıda şadlıq evində yanğın olub
# 16 dekabr 2020 10:21 (UTC +04:00)

Bakıda şadlıq evində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi rayonunda ikimərtəbəli şadlıq evinin birinci mərtəbəsində ümumi sahəsi 120 m² olan dönər evinin mətbəxində odun kömürü 20 kisə, elektrik sayğacı, elektrik qoruyucusu 10 ədəd və kabel 20 p. m yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR