Bakıda sığınacağın əməkdaşı döyülüb - YENİLƏNİB

Bakıda sığınacağın əməkdaşı döyülüb - YENİLƏNİB
# 12 yanvar 2021 16:12 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin (İB) əməkdaşının döyülməsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub, hazırda araşdırma aparılır.

İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verib.

***

15:31

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin (İB) əməkdaşı döyülüb.

APA-nın xəbərinə görə, birliyin əməkdaşı Elnurə Zeynalova "Təmiz Dünya" İB-nin sığınacağında qalan qadınlardan birinin qohumları tərəfindən şiddətə məruz qalıb.

"Təmiz Dünya" İB-nin rəhbəri Mehriban Zeynalova bildirib ki, orada yaşayan qadının əri Primov Habil Məhəmməd oğlu, qayınanası Primova Saniyyət Məhəd qızı və baldızı Xəyalə sığınacağa gələrək, Elnurə Zeynalovaya ciddi xəsarətlər yetiriblər.

Hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Qanar Xəttinə müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR