Bakıda yanğın olub

Bakıda yanğın olub
  • Clock-gray 15:16
  • calendar-gray 21 İyun 2020

Bakı şəhəri, Nərimanov rayonunda yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində təkər və məişət tullantılarının yanması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 12:57-də söndürülüb.

apa-logo-mini

Digər xəbərlər