Bakıda yaşayış evində yanğın olub, bir nəfər ölüb - YENİLƏNİB-2 - FOTO

Bakıda yaşayış evində yanğın olub, bir nəfər ölüb - YENİLƏNİB-2 - FOTO
# 09 fevral 2021 16:43 (UTC +04:00)

Fevralın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılması və bitişik evlərə keçməsinin qarşısı alınıb.

Yanğın yerinin kəşfiyyatı zamanı yataq xəstəsi olduğu ehtimal edilən bir nəfərin meyiti aşkar olunub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Ximdətinin qərargah rəisi, polkovnik Xudat Nəbiyev isə APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, saat 15:17 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinə Əhmədli qəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Onun sözlərinə görə, hadisə yerinə Xətai rayon Dövlət Yanğından Mühafizə və digər yaxın rayonların bölmələr hadisə yerinə cəlb olunub: "Yanğın nəticəsində sahəsi təxminən 70 kv metr olan evin 25 kv metri yanıb. Yanğın söndürülüb, digər yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Yanğın kəşfiyyatı zamanı yataq xəstəsi olan qadının meyiti aşkarlanıb".

***

16:30

Bakıda yaşayış evində baş verən yanğında yanaraq ölən qadının şəxsiyyəti müəyyənləşib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zamanı evdə olan yataq xəstəsi, 1943-cü il təvəllüdlü Sədirxanova Rahilə Səlim qızı yanaraq ölüb.

Araşdırma aparılır.

***

saat 16:07

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsi ünvanında fərdi evdə yanğın olması barədə məlumat daxil olub.

APA-nın Nazirliyin saytına istinadən məlumatına görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.

İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkarlanıb.

Əlavə məlumat veriləcək.

***

16:03

Bakının Xətai rayonunda yanğın baş verib.

APA-nın məlumatına görə, yanğın Balaxan Süleymanov küçəsində fərdi yaşayış evində qeydə alınıb.

FHN-nin müvafiq qüvvələri yanğının söndürülməsinə cəlb olunub.

Yanğın məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR