Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO

Bakıda yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO
  • Clock-gray 16:20
  • calendar-gray 05 Dekabr 2019

Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə naməlum kişi meyitinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (tel: (012) 434-02-02) zəng vuraraq məlumat vermələri xahiş olunur.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date