Bakıda yük maşını qəzaya uğrayıb, yol təsərrüfatına ziyan dəyib - FOTO

Bakıda yük maşını qəzaya uğrayıb, yol təsərrüfatına ziyan dəyib - FOTO
# 02 aprel 2021 19:42 (UTC +04:00)

Bu gün axşam saatlarında Böyükşor küçəsində Balaxanı qəsəbəsi istiqamətində hərəkət edən yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara çıxıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, nəticədə yol təsərrüfatına ziyan dəyib.

Belə ki, yol kənarında qoyulmuş müxtəlif ölçülü 37 səki daşı sıradan çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR