Bakının Səbail rayonunda iki avtomobil toqquşub - FOTO - VİDEO

Bakının Səbail rayonunda iki avtomobil toqquşub - FOTO - VİDEO
# 23 fevral 2020 03:17 (UTC +04:00)

Bakının Səbail rayonunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza Nizami və Murtuza Muxtarov küçələrinin kəsişməsində qeydə alınıb.

"Mitsubishi" markalı avtomobil Nizami küçəsi ilə hərəkətdə olan zaman Murtuza Muxtarov küçəsi ilə gələn "Volkswagen" markalı minik maşınının sürücüsü yol hərəkət nişanının tələbi əsasında ona yol verməyib və qəza törədib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Yol qəzasının təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR