Balakəndə 82 yaşlı qadın qazdan boğulub

Balakəndə 82 yaşlı qadın qazdan boğulub
  • Clock-gray 10:41
  • calendar-gray 27 Noyabr 2020

Balakəndə 82 yaşlı qadın qazdan boğulub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qullar kəndində qeydə alınıb. Kənd sakini, 1938-ci il təvəllüdlü Hürü Mohuma qızı Nastakalkova yaşadığı ünvanda qaz sızmasından boğularaq ölüb.

Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Vüqar Heydərov

Digər xəbərlər