Balakəndə avtomobil atlını vuraraq öldürüb - FOTO

Balakəndə avtomobil atlını vuraraq öldürüb - FOTO
  • Clock-gray 23:48
  • calendar-gray 10 Mart 2021

Balakəndə kiçiktutumlu yük maşını atlını vurub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 21:00 radələrində Balakən-Qazbinə-İtitala avtomobil yolunun rayonun Kortala kəndi ərazisindən keçən hissəsində baş verib.

“Ford” markalı kiçiktutumlu yük maşını hərəkətdə olarkən onun yoluna atlı çıxıb. Qəza zamanı atlı - rayonun Kortala kənd sakini, 23 yaşlı Elmar Akif oğlu Abdullayev aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Onun meyiti müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib. Qəza zanamı at da tələf olub.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Vüqar Heydərov

Digər xəbərlər