Balakəndə ikimərtəbəli ticarət obyekti yanıb - VİDEO

Balakəndə ikimərtəbəli ticarət obyekti yanıb - VİDEO
# 13 iyul 2020 16:43 (UTC +04:00)

Balakəndə ticarət obyekti yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saat 12:30 radələrində rayonun Meşəşanbul kənd inzibati ərazisində rayon sakini, Musa Əli oğlu Dibirova məxsus, ümumi sahəsi 550 kv/m olan iki mərtəbəli ticarət obyektində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində binanın 360 kv/m-lik sahəsinin yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Ticarət obyektinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR