Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu il 27 şəxsi cinayət başında yaxalayıb

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu il 27 şəxsi cinayət başında yaxalayıb
# 08 sentyabr 2020 14:33 (UTC +04:00)

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu günün rəqəmi isə “27”-dir.

Belə ki, 2020-ci ilin I yarımili ərzində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları keçirilən əməliyyat tədbirləri nəticəsində 27 şəxsin cinayət başında yaxalanmasını təmin edib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR