Baş prokuror: "Bağlı qalan 241 cinayətin üstü açılıb, 103 cinayətkar qrup zərərsizləşdirilib"

Baş prokuror: "Bağlı qalan 241 cinayətin üstü açılıb, 103 cinayətkar qrup zərərsizləşdirilib"
# 05 avqust 2020 15:10 (UTC +04:00)

Bu ilin birinci yarısında ölkədə baş verən cinayətlərin sayı açıqlanıb.

APA-nın məlumatına görə, avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev prokurorluqda aparılan mütərəqqi islahatların gedişi ilə bağlı ümumi vəziyyəti müşavirə iştirakçıları ilə tanış etdikdən sonra qurumun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad edib, hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, əhalinin hər 100 min nəfərinə düşən 132 cinayətin sayına görə ölkəmizin MDB və Avropa məkanında öncül mövqeyini saxlayaraq ən təhlükəsiz və sabit dövlətlərdən biri olduğunu qeyd edib.

Bildirib ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə edilən müsbət göstəricilər hesabat dövründə də davam etmiş, 2020-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 13 min 310 cinayət qeydə alınıb. Bu cinayətlərin 86,5 %-i böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,5%-i ağır və xüsusilə ağır növlər təşkil edib.

Həyata keçirilən məqsədyönlü və qabaqlayıcı tədbirlər nəticəsində qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, dələduzluq, mənimsəmə və israf etmə, avtonəqliyyatın qaçırılması, xuliqanlıq, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, cinayətlərin açılması 82,1% təşkil edib.

Daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması təmin edilmiş, 103 cinayətkar qrup zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR