Beyləqanda fərdi yaşayış evi yanıb

Beyləqanda fərdi yaşayış evi yanıb
# 12 avqust 2020 22:27 (UTC +04:00)

Beyləqan rayonunun Şahsevən kəndində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 75 kv/m olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR