Beyləqanda ikimərtəbəli ev yanıb - FOTO

Beyləqanda ikimərtəbəli ev yanıb - FOTO
# 02 fevral 2021 15:00 (UTC +04:00)

Beyləqanda ikimərtəbəli evdə yanğın olub.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Akif Cavadzadə küçəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib və görülmüş operativ tədbirlər sayəsində yanğının qısa müddətdə söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması təmin olunub.

Ümumi sahəsi 192m² olan 5 otaqlı yaşayış evinin ikinci mərtəbəsində çarpayı və 1 otağın giriş qapısı yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR