Biləsuvar sakininin avtomobilindən 2 kq heroin götürülüb

Biləsuvar sakininin avtomobilindən 2 kq heroin götürülüb
# 13 fevral 2021 12:49 (UTC +04:00)

Biləsuvarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Abbaslının idarə etdiyi “VAZ-2106” markalı avtomobil şəhər ərazisində nəzarət qaydasında saxlanılıb. Avtomobilə baxış zamanı oradan 2 kiloqrama yaxın heroin, 54 qramdan artıq metamfetamin aşkar edilib.

Şəxsi axtarış zamanı A.Abbaslının sərnişinləri, B.Rufullazadədən, S.Rufullazadədən və Ş.Kazımlıdan heroin götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR