TƏBİB Biləsuvarda bir ailənin 4 üzvünün qidadan zəhərlənməsinə aydınlıq gətirib - YENİLƏNİB

TƏBİB Biləsuvarda bir ailənin 4 üzvünün qidadan zəhərlənməsinə aydınlıq gətirib - YENİLƏNİB
# 03 fevral 2020 11:42 (UTC +04:00)

“Biləsuvarda bir ailənin 4 üzvü qidadan zəhərlənməyib”.

Bu barədə APA-ya “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, həmin şəxslər özləri Kliniki Tibbi Mərkəzə müraciət ediblər: “Onlar ev şəraitində hazırlanan turşudan yeyib narahat olublar. Bu, qida zəhərlənməsi deyil. Həmin şəxslərdən üçünün vəziyyəti kafi qiymətləndirilib və evə buraxılıblar. Biri isə şöbədədir, o da evə buraxılacaq”.

***

10:23

Biləsuvurda bir ailənin 4 üzvü zəhərlənib.

APA-nın məlumatına görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Kənd sakinləri - 1958-ci il təvəllüdlü Adil Əhmədov, onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Mərifət Xasıyeva, övladları - 1991-ci il təvəllüdlü Amil Əhmədov və 1997-ci il təvəllüdlü Sevanə Əhmədova qida zəhərlənməsi diaqnozu ilə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib və daha sonra ailə üzvləri Bakıda yerləşən Klinik Tibbi Mərkəzə göndəriliblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, onlar evlərində pomidor turşusu yeyiblər. Bir qədər sonra özlərini pis hiss edən ailə üzvləri xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR