Paşha Bank
Bank Of Baku

FHN: Ötən həftə 172 yanğına çıxış olub, 34 nəfər xilas edilib - VİDEO

FHN: Ötən həftə 172 yanğına çıxış olub, 34 nəfər xilas edilib - VİDEO
# 23 noyabr 2026 09:30 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 172 yanğına çıxış olub.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, 29 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 34 nəfər xilas edilib, 4 nəfər xəsarət alıb, yanğın zamanı 4 nəfər təxliyə olunub, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 8 nəfərin meyiti təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR