Bərdə sakinini öldürməkdə şübhəli bilinən daha bir şəxs saxlanılıb

Bərdə sakinini öldürməkdə şübhəli bilinən daha bir şəxs saxlanılıb
# 16 sentyabr 2020 13:36 (UTC +04:00)

Bərdə rayon sakinini öldürməkdə şübhəli bilinən daha bir şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Bərdə rayon sakini M. Camalovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü X.Musazadə saxlanılıb. Onun Şorəlli kəndindəki evinin həyətindən “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR