Cəlilabadda atlını yük maşını vuraraq öldürüb

Cəlilabadda atlını yük maşını vuraraq öldürüb
# 24 iyun 2020 11:37 (UTC +04:00)

Cəlillabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Göytəpə kəndində qeydə alınıb.

Sumqayıt sakini, 1970-ci il təvəllüdlü Oktay Hacıyevin idarə etdiyi "KamAZ-5320" markalı yük avtomobili atla hərəkətdə olan kənd sakini, 1960-cı il təvəllüdlü Saleh Əziziovu vurub.

Xəstəxanaya yerləşdirilən atlı orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR