Cəlilabadda mağazadan 12 min manatlıq oğurluq olub

Cəlilabadda mağazadan 12 min manatlıq oğurluq olub
# 01 fevral 2021 11:16 (UTC +04:00)

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əmliyyat-axtarış tədbirləri nəticəsində mağazadan 12 min manat dəyərində oğurluq edən rayon sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad şəhər sakini Z.Nağıyev Rayon Polis Şöbəsinə müraciət edərək özünə məxsus mağazadan ümumilikdə dəyəri 12 min manata yaxın olan tütün məmulatları, 1 ədəd "Toshiba" markalı notbuk, spirtli içkilər və nağd pulun oğurlandığını bildirib. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Cəlilabad rayon sakini İbrahim Xankişiyev olduğu müəyyən edilib.

Oğurlanmış əşyaların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR