Cəlilabadda mağazadan 25 min manatlıq oğurluq edən şəxslər tutulub

Cəlilabadda mağazadan 25 min manatlıq oğurluq edən şəxslər tutulub
# 11 fevral 2021 10:09 (UTC +04:00)

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan 25 min manat oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, şəhər ərazisində yerləşən Cəlilabad rayon sakini S.Əsgərova məxsus tikinti malları mağazasından 14300 manat və 6400 ABŞ dollarının oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətmək şübhəli bilinən əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Tovuz rayon sakini Ceyhun Cəfərov və Abşeron rayon sakini Asif Əsədullayev Sumqayıt şəhəri ərazisində saxlanılaraq Cəlilabad RPŞ-yə gətiriliblər. Saxlanıldıqdan sonra C.Cəfərovun üzərinə keçirilən baxış zamanı ondan 63 qramdan artıq narkotik vasitə heroin, 92 qrama yaxın psixotrop maddə metamfetamin, 1 ədəd bıçaq və oğurlanan pulların bir qismi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR