Cəlilabadda traktorla toqquşan minik avtomobilinin sürücüsü hadisə yerində ölüb

Cəlilabadda traktorla toqquşan minik avtomobilinin sürücüsü hadisə yerində ölüb
  • Clock-gray 08:50
  • calendar-gray 31 İyul 2020

Cəlilabadda yol qəzası ölümlə nəticələnib. 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Göytəpə şəhəri ərazisində baş verib.

Şəhər sakini, Mehdi Xasay oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə traktor toqquşub. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1993-cü il təvəllüdlü Asim Ramiz oğlu Allahverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Tural Kərimov

Digər xəbərlər