DİN Ağdamda baş verən güllələnmə faktı ilə bağlı məlumat yayıb

DİN Ağdamda baş verən güllələnmə faktı ilə bağlı məlumat yayıb
# 06 dekabr 2019 12:31 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda baş verən güllələnmə faktı ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 5-də Ağdam rayonunun Yüzbaşılı kəndində yaşayan, əvvəllər məhkum olunmuş C.İsmayılovun həyətinə gəlmiş şəhər sakini O.Məmmədovla aralarında baş vermiş münqişə zamanı C.İsmayılovun tüfəngdən açdığı atəşlə O.Məmmədova xəsarət yetirməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Xəsarət almış O.Məmmədov xəstəxanaya yerləşdirilib.

Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İsmayılov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR