DİN: Həftəsonu cinayət törədən 74 nəfər saxlanılıb

DİN: Həftəsonu cinayət törədən 74 nəfər saxlanılıb
# 01 mart 2021 10:13 (UTC +04:00)

Daxili İşlər Nazirliyi fevral ayının 27-dən martın 1-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR