DİN: Postlardan icazə almadan keçməyə cəhd göstərən 2315 nəqliyyat vasitəsi geri qaytarılıb

DİN: Postlardan icazə almadan keçməyə cəhd göstərən 2315 nəqliyyat vasitəsi geri qaytarılıb
# 21 yanvar 2021 15:28 (UTC +04:00)

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, ötən gün nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2315 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR