DİN Şəmkirdə 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb

DİN Şəmkirdə 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb
  • Clock-gray 12:07
  • calendar-gray 28 Yanvar 2020

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 27-də saat 21 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində kənd sakini Ramin Əmiraslanov idarə etdiyi “Lexus” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinləri olan qohumları Habil və Şahin Əmiraslanovlar hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date