DİN əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir

DİN əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir
# 05 yanvar 2021 18:12 (UTC +04:00)

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi Bakı şəhərində quraşdırılmış xüsusi postlarda, fəaliyyətinə icazə verilən obyektlərdə və ictimai yerlərdə Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvafiq icazələrin yoxlanılması ilə yanaşı, sosial məsafəni gözləməyən və tibbi maskalardan düzgün istifadə edilməyən qapalı məkanlarda, ictimai nəqliyyatda nəzarət tədbirlərinin keçirilməsində əsas məqsəd əhalinin sağlamlığının qorunması, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

DİN əməkdaşları tərəfindən sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər inzibati tənbeh tədbirləri tətbiq edilir.

Paytaxtda, eləcə də respublikamızın digər şəhər və rayonlarında xüsusi karantin qaydalarına əməl olunması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davamlı olaraq həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR