DİN qələbə xəbərlərini atəşfəşanlıqla qeyd edənlərə müraciət edib

DİN qələbə xəbərlərini atəşfəşanlıqla qeyd edənlərə müraciət edib
# 05 oktyabr 2020 12:57 (UTC +04:00)

Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, çoşqu yaradıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, lakin təəssüflər olsun ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə - fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər.

Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR