Daşkəsəndə 2 tondan çox narkotik vasitə məhv edilib

Daşkəsəndə 2 tondan çox narkotik vasitə məhv edilib
  • Clock-gray 11:03
  • calendar-gray 04 İyul 2020

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kəçərqaya kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna  verilən məlumata görə, ümumi çəkisi 2442 kq olan 8432 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər