Ehtiyatsızlıqdan öz maşınının altında qalan Gədəbəy sakini dünyasını dəyişib - YENİLƏNİB

Ehtiyatsızlıqdan öz maşınının altında qalan Gədəbəy sakini dünyasını dəyişib - YENİLƏNİB
  • Clock-gray 23:30
  • calendar-gray 23 Fevral 2021

Ehtiyatsızlıqdan öz maşınının altında qalaraq komaya düşən Gədəbəy sakini xəstəxanada dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 60 yaşlı Qara Murad kənd sakini Lətif Ələsgərovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum şəkər xəstəliyindən əziyyət çəkirmiş.

***

22:12

Gədəbəydə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qara Murad kəndin qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdü Ələsgərov Lətif Qəşəm oğlu özünə məxsus “QAZ 24” markalı avtomobilin altında qalaraq xəsarət alıb.

Dərhal  xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. 60 yaşlı kənd sakini şəkər xəstəsi olduğundan komaya düşüb. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Digər xəbərlər