Evində nişan mərasimi təşkil edən Astara sakininin işi məhkəməyə göndərilib

Evində nişan mərasimi təşkil edən Astara sakininin işi məhkəməyə göndərilib
  • Clock-gray 10:37
  • calendar-gray 22 Yanvar 2021

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Astara  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı şəhər sakini K.Səfərovun karantin rejimi qaydalarını pozaraq evində qızına nişan mərasimi təşkil etdiyi müəyyən edilib. Həmin məclisdə iştirak edənlər Rayon Polis Şöbəsinə dəvət edilib. Onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları bir daha izah olunub.

7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Tural Kərimov

Digər xəbərlər