FHN xilasetmə qüvvələri dərəyə düşən sürücünün meyitini çıxarıb

FHN xilasetmə qüvvələri dərəyə düşən sürücünün meyitini çıxarıb
# 22 dekabr 2019 17:42 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qusar rayonunun Gican kəndində, dağlıq ərazidə traktorun aşması nəticəsində dərəyə düşən sürücünün meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri 1967-ci il təvəllüdlü Əhmədxanov Zaliddin Sabrullah oğlunun meyitini çətin keçilən ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR