Füzulidə maşın aşıb, ölən var

Füzulidə maşın aşıb, ölən var
  • Clock-gray 12:12
  • calendar-gray 29 May 2020

Mayın 28-də saat 17 radələrində Füzuli rayonunun Babı kəndi ərazisində 3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev idarə etdiyi “VAZ-21214” markalı avtomobili aşırıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, qəza nəticəsində F.Əliyev hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

apa-logo-mini

Digər xəbərlər