Gədəbəydə Şəmkir sakinini maşın vuraraq öldürüb

Gədəbəydə Şəmkir sakinini maşın vuraraq öldürüb
# 04 fevral 2020 12:01 (UTC +04:00)

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 3-də saat 12 radələrində Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində Samanlıq kənd sakini Sadıq Musayev idarə etdiyi “VAZ-21213” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Bayram Əliyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR