Gədəbəydə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

Gədəbəydə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
# 23 noyabr 2020 13:13 (UTC +04:00)

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Novo İvanovka kəndi ərazisində kənd sakini Gəncəli Usubov idarə etdiyi “Toyota” markalı avtomobili dərəyə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR