Gəncədə avtomobil işıq dirəyinə çırpılıb, sürücü ölüb - FOTO

Gəncədə avtomobil işıq dirəyinə çırpılıb, sürücü ölüb - FOTO
# 19 fevral 2021 14:28 (UTC +04:00)

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı minik avtomobili işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində sürücü, 1962-ci il təvəllüdlü Arzu İbrahimov hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR