Gəncədə evdə partlayış olub, xəsarət alan var

Gəncədə evdə partlayış olub, xəsarət alan var
# 17 fevral 2021 12:36 (UTC +04:00)

Gəncədə yaşayış evində partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün şəhər ərazisindəki yaşayış evlərindən birində qeydə alınıb.

Evdə baş verən partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. Nəticədə həmin evdə yaşayan, 1988-ci il təvəlüldlü Vasif Məmmədov xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR