Gəncədə iki qardaş bıçaqlanıb - YENİLƏNİB

Gəncədə iki qardaş bıçaqlanıb - YENİLƏNİB
  • Clock-gray 09:31
  • calendar-gray 26 Mart 2021

Gəncə şəhərində iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  APA-nın yerli bürosuna verilən məlumata görə, martın 25-də axşam saatlarında Gəncə şəhər sakinləri 28 yaşlı Osman Dadaşov və qardaşı, 30 yaşlı Salman Dadaşovun bıçaq yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.

İlkin araşdırma zamanı məlum olub ki, 1994-cü il təvəllüdlü Gəncə şəhər sakini Nicat Qurbanov ailə münaqişəsi zamanı, bacısının həyat yoldaşı Osman Dadaşovu və sonuncunun qardaşı Salman Dadaşovu bıçaqla qəsdən vuraraq döş qəfəslərinin daxilinə keçən kəsilmiş-deşilmiş yaraları xəsarəti yetirib.

RPİ-nin  əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində  N. Qurbanov saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.

25.03.2021 - 23:10

Gəncədə iki qardaşın bıçaqlanması faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib.

Bıçaqlanan şəxslər 1991-ci il təvəllüdlü Dadaşov Salman Aydın oğlu və onun qardaşı 1992-ci il təvəllüdlü Dadaşov Osman Aydın oğludur. Hər ikisi xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunublar.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

 

Fuad Nazimoğlu

Digər xəbərlər