Gəncədə mikroavtobusla minik maşını ilə toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanlar 1974-cü il təvəllüdlü Akif Hüseynov, 1978-ci il təvəllüdlü Nail İsgəndərov, 1985-ci il təvəllüdlü Vasif Məsimov, 2004-cü il təvəllüdlü Ayxan Əliyev və 1985-ci il təvəllüdlü Fatimə Zeynalovadır.
Xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Xəstələrin sayının artması gözlənilir. Minik maşının sürücüsü, 1978-ci il təvəllüdlü Nail İsgəndərovun sərxoş olduğu bildirilir.
***
19:30
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində mikroavtobus minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Hadisə yerinə təcili yardım briqadası cəlb olunub.