Gəncədə minik maşını mağazaya çırpılıb, sürücü xəsarət alıb

Gəncədə minik maşını mağazaya çırpılıb, sürücü xəsarət alıb
# 02 avqust 2020 10:48 (UTC +04:00)

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı minik maşını idarə etməni itirib. Nəticədə avtomobil mağazaya çırpılıb.

Sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR