Gəncədə mənzildə meyit aşkar olunub

Gəncədə mənzildə meyit aşkar olunub
# 04 fevral 2021 22:50 (UTC +04:00)

Gəncə şəhərində qapısı bağlı qalan mənzildə meyit aşkar olunub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Mirzoyeva Anna Fyodor qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR