Gəncədə motosiklet avtomobillə toqquşub

Gəncədə motosiklet avtomobillə toqquşub
# 10 aprel 2020 23:23 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə motosiklet toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü və sərnişini - 1996-cı il təvəllüdlü Xələfova Mədinə Səxavət qızı və 1995-ci il təvəllüdlü Mehdiyeva Aynur Məntiq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR