Gəncədə üç nazirliyin qurumları birgə təlim keçirib

Gəncədə üç nazirliyin qurumları birgə təlim keçirib
# 13 dekabr 2019 16:53 (UTC +04:00)

Dekabrın 13-də “Azərbaycan Respublikası yol hərəkətinin təhlükəsizliyinə dair 2020-2024 –cü illər uçun Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar olaraq, Gəncə şəhərində birgə təlim keçirilib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, təlimə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Gəncə şəhərində xidmət aparan 8-ci və 9-cu taqımlarının və Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının canlı qüvvələri və texnikaları cəlb edilib. Nəqliyyatda baş verə keçiriləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması və birgə fəaliyyətin təşkili məqsədilə keçirilən təlimdə qəza xilasetmə işlərinin aparılması, yanğın təhlükəsizliyinin təmin olunması, yaralıların təxliyəsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və qəza zamanı yol hərəkətinin idarə olunması üzrə əməliyyatlar həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR